Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ailəsi ilə birlikdə yaşadığı hökumət iqamətgahının binalarının düzgün qızdırılmadığını bildirib.
Milli.Az xəbər verir ki, Paşinyan hökumətin iclasında resursların qənaətsiz istifadəsindən danışıb.
O , "Hökumət binaları heç vaxt isinmir. Qazdan istifadə olunur, amma bina qızdırılmır. Soyuğa dözə bilmirik, sonda donmamaq üçün (elektrik) qızdırıcıları işə salmağa qərar veririk. Amma qaz hələ də işlənməyə davam edir. Bunun üçün də dövlət büdcəsindən ödəyirlər", deyib.
Onun sözlərinə görə, bu xərcləri şəxsi vəsaitdən ödəmək mümkün deyil.
Bildirib ki, heç bir şəxsi büdcə belə böyük yaşayış sahəsi olan kommunal mənzili əhatə etməyə qadir deyil.
Nərmin
Milli.Az