Tramptan Suriya ilə bağlı sərt açıqlama

12 Dekabr 2024 20:20

"Onlar özlərini idarə etməli olacaqlar, çünki biz bu işə qarışmayacağıq"

Milil.Az xarici mətbuata istinadən xəbnər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-də Notr-Dam kilsəsinin açılışı üçün Parisə səfəri çərçivəsində "Paris Match" jurnalına müsahibəsində deyib.

İsrailin hücumlarını davam etdirdiyi və Suriyada Bəşər Əsəd rejiminin süqut etdiyi Yaxın Şərqdəki vəziyyətlə bağlı Tramp "Yaxın Şərqin idarə edilməsi daha az çətin bir vəziyyətdir. Dünyada o qədər çox böhran var. Ötən günlərdə Suriyadan xəbərlər aldıq. Onlar bu vəziyyətdən öz başlarına çıxmalı olacaqlar, çünki biz qarışmayacağıq. Fransa da bu işə qarışmayacaq" sözlərini deyib.

Prioritetlərinin Ukraynanın Rusiya ilə probleminin həlli olduğunu təkrarlayan Tramp "Bu iki ölkə inanılmaz insan itkiləri yaşayır. Yüz minlərlə əsgər şəhid oldu. Yaxın Şərq də vacibdir, amma məncə  Ukrayna və Rusiya ilə müqayisədə daha az çətin bir vəziyyətdir " açıqlamasında bildirib.

Nərmin
Milli.Az