Nazirdən məktəblərlə bağlı AÇIQLAMA: "Araşdırılır"

12 Dekabr 2024 11:39

"Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır".

Milli.Az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur: "Həm mediadan, həm sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu hallar hamısı araşdırılır və geridönüş edilir".

Milli.Az