Tramp tanınmış milyonçunu Türkiyəyə səfir göndərir - FOTO

12 Dekabr 2024 16:40

Tramp ABŞ-ın Ankaraya yeni səfiri namizədini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin Ankaradakı yeni səfiri vəzifəsinə beynəlxalq aləmdə güclü ad kimi tanınan "Colony Capital" investisiya şirkətinin qurucusu Tom Barakın namizədliyini irəli sürüb

Barakın həm iş dünyasında, həm də beynəlxalq siyasətdə təcrübəsi onun bu kritik vəzifəyə təyin olunmasında ən böyük amillərdən biri kimi diqqət çəkib.

Tramp Barakın təyinatını bu sözlərlə açıqlayıb:

"Onun Türkiyəyə yeni səfirimiz təyin olunacağından çox məmnunam və onun qlobal özəl kapital sektorunda uzun illər qazandığı uğurlarını və dərin əlaqələri ilə tanınan və hörmət edilən bir ad olduğunu  düşünürəm" .

Tom Barrack iş dünyasındakı nüfuzu və geniş beynəlxalq əlaqələri ilə ABŞ-ın Türkiyə ilə əlaqələrinin daha da möhkəmlənməsində və dərinləşməsində mühüm rol oynamağı hədəfləyir.

Fidan
Milli.Az