"Barselona"nın baş məşqçisi cəzalandırıldı

12 Dekabr 2024 14:21

"Barselona"nın baş məşqçisi iki oyunluq cəzalandırlıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə iki oyunluq cəza verib.

Təcrübəli mütəxəssis "Leqanes" və "Atletiko Madrid"ə qarşı keçiriləcək ev oyunlarında texniki zonada iştirak edə bilməyəcək.

Bu qərar Flikin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəbindən qəbul edilib. Bu qərara görə klub apelyasiya şikayəti verməyi planlaşdırır.

Fidan
Milli.Az