43 yaşında yenidən futbola qayıtdı

12 Dekabr 2024 10:04

43 yaşını tamamlayan Fabio Roşembak yenidən futbola qayıtmağı qərar verib.

Milli.Az "Dailystar"a istinadən xəbər verir ki, 2014-cü ildə futbolla vidalaşan Braziliya millisinin keçmiş futbolçusu karyerasını bərpa edib.

O, regional liqasında mübarizə aparan "Guarani de Şaşim" klubu ilə müqavilə bağlayıb.

Futbolçunun debüt matçında komandası 3:2 qələbə qazanıb.

Qeyd edək ki, Fabio Roşembak karyerası ərzində "Barselona", "Midlsbro" və "Sportinq" klublarında çıxış edib. 

Tural 
Milli.Az