FIFA-nın qərarı ilə 2030 və 2034 Dünya Kuboku turnirlərinin keçirilmə yerləri məlum olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2030 Dünya Kubokunun İspaniya, Portuqaliya və Fasın ev sahibliyində keçiriləcəyi açıqlanıb.
2034 Dünya Kuboku isə gözlənildiyi kimi, Səudiyyə Ərəbistanında keçiriləcək. Səudiyyə Ərəbistanı da tarixində ilk dəfə futbolun ən böyük təşkilatına ev sahibliyi edəcək.
Bundan əlavə, turnirin 100-cü ildönümü şərəfinə ilk üç matçın Uruqvay, Argentina və Paraqvayda keçiriləcəyi bildirilib.Futbolun ən prestijli turniri 2030-cu ildə 100-cü ilini qeyd edəcək. Bununla yanaşı, turnirin ilk dəfə olaraq 3 qitədə eyni vaxtda keçirilməsi planlaşdırılır. Turnirin açılış matçının 1930-cu ildəki turnirin finalında üz-üzə gələn Argentina ilə Uruqvay arasında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 1930-cu ildə ilk dəfə təşkil olunan Dünya Kubokunu Uruqvay qazanıb.
Milli.Az