Ötən ilin dekabrından bu ilin noyabr ayınadək avto-icbari sığorta üzrə şikayət indeksi açıqlanıb.
Bu barədə Milli.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, şikayət indeksi üzrə siyhada ən yüksəkdə "Xalq Sığorta" ASC (1,55), ən aşağıda isə "Qala Sığorta" ASC (0,43) dayanır.
Avto-icbari sığorta üzrə şikayət indeksini təqdim edirik:
Sığortaçılar |
Şikayət indeksi |
"Xalq Sığorta" ASC |
1.55 |
"Atəşgah Sığorta" ASC |
0.89 |
"Meqa Sığorta" ASC |
0.83 |
"AtaSığorta" ASC |
0.68 |
"Azərbaycan Sənaye Sığorta" ASC |
0.47 |
"Qala Sığorta" ASC |
0.43 |
Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
Milli.Az