Sığorta şirkətləri ilə mübarizənin simvoluna çevrilən qətl - Qəhrəman yoxsa qatil? - FOTO

11 Dekabr 2024 19:30

Dünyanın ən böyük tibbi sığorta şirkəti olan UnitedHealthcare-in baş direktoru Brayan Tomsonun küçənin ortasında güllələnməsi hadisəsi Amerika əhalisini iki yerə bölüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, cinayətkar 26 yaşlı Luici Mangione isə ölkədə həm dəstəklənən, həm də qınanan bir fiqura çevrilib.

Luici Mangionenin Hekayəsi

İtalyan əsilli amerikalı Luici Mangione əməliyyat sonrası müalicə olunmayan xroniki ağrılarla yaşamağa məhkum olub. Bu vəziyyət onu psixedel maddələrə yönləndirib və psixoloji cəhətdən sarsıdıb.

Mangione sağlamlıq sığorta şirkətlərini şəxsi vəziyyətinin pisləşməsində günahlandırmağa başlayıb. Dekabrın 4-də, bu qəzəbin təsiri ilə, Manhettendə UnitedHealthcare-in baş direktoru Brayan Tomsonu küçənin ortasında güllələyib.

Mangione cinayəti xüsusi hazırlanmış, 3D printerdə çap edilmiş bir tapança ilə həyata keçirib. İstintaq zamanı onun çantasında susdurucu, qəzəbini əks etdirən manifest, saxta şəxsiyyət vəsiqəsi və digər sübutlar aşkarlanıb.

Cinayətkarın silahındakı güllələrdə yazılmış "inkar" və "müdafiə et" ifadələri diqqət çəkib. Bunların sığorta şirkətlərinin iddiaları gecikdirmə və rədd etmə siyasətlərinə istinadən etdiyi bildirilir.

Hadisənin ölkədə təsirləri

Mangionenin qətli Amerika cəmiyyətində tibbi sığorta sistemi ilə bağlı dərin narazılığı yenidən gündəmə gətirib. İctimaiyyətin bir hissəsi onu tənqid etsə də, digər hissəsi sığorta şirkətlərinin yaratdığı problemləri simvolik olaraq ifşa etdiyini düşünərək ona dəstək verir.

Ekspertlər bu cinayətin tək bir hadisə olmadığını, CEO-lara və böyük korporasiyalara qarşı yeni bir radikal hərəkət dalğası başlada biləcəyini vurğulayır.

Nərmin Mahmudova
Milli.Az