Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
Milli.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
Milli.Az