Çempionlar Liqasının hakimi matçda göz yaşlarına boğuldu - FOTO

11 Dekabr 2024 20:05

Ötən gecə Çempionlar Liqasında keçirilən Leypsiq - Aston Villa matçından sonra köməkçi hakim göz yaşlarına boğulub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 6-cı həftəsində "Leyptsiq" "Aston Villa"nı qəbul edib. Leypsiq stadionunda keçirilən görüşdə qonaq komanda 3:2 hesabı ilə qalib gəlsə də, matçdan sonra duyğulu anlar yaşanıb.

Final fiti çalındıqdan sonra köməkçi hakim göz yaşlarına böğulub. "Leyptsiq"in baş məşqçisi Marko Rouz 3:2 hesablı məğlubiyyətin kədərini bir kənara qoyub, hakimə təsəlli verməyə çalışıb.

Qeyd edək ki, Alessandro Giallatininin göz yaşlarının səbəbi sonradan məlum olub.  "Leypsiq"in baş məşqçisi Rouz "Ondan nə olduğunu soruşdum. Dedi ki, 49 yaşı var və bu gün son matçına çıxıb. Ona forma hədiyyə etdik". 

Fidan
Milli.Az