Fatihdə 3 mərtəbəli tərk edilmiş binada qismən çökmə baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çökən binanın Türkiyəli məşhur müğənniyə məxsus olduğu üzə çıxıb. Binanın Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsus olduğu bildirilib.
Qeyd edək ki, ötən gün saat gecə saatlarında Balat rayonu Atgeçməz küçəsində yerləşən 3 mərtəbəli sahibsiz binada qismən çökmə baş verib. Binadan gələn səsləri eşidənlər polis, səhiyyə, xilasetmə və bağışlayan qruplara xəbər verib. Qruplar ətrafda geniş təhlükəsizlik tədbirləri alaraq sahibsiz binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir binadaki sakinləri ehtiyat tədbiri olaraq təxliyyə edib.
Fidan
Milli.Az