Manatla bağlı PROQNOZ: Belə olsa...

11 Dekabr 2024 15:45

Neft qiymətləri kəskin düşərsə, manatın məzənnəsinin tənzimlənməsi ehtimalı yaranacaq. 

Milli.Az xəbər verir ki, bu barədə "Standard & Poor's Global Ratings" agentliyi 2027-ci ildə Azərbaycanın xarici valyuta axını ilə bağlı proqnoz verib.

Agentlik bildirib ki, neftin qiyməti kəskin düşərsə və uzun müddət qiymət yüksəlmərsə, hökumət manatın məzənnəsini tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edir. Proqnoza görə, ölkəyə daxil olan xarici valyuta, ölkədən çıxan vəsaitdən az olacaq.

İqtisadçılar bildirirlər ki, bu, iqtisadi şəraitdən asılıdır və ehtiyatların azalması milli valyutanın tənzimlənməsini zəruri edə bilər. 2027-ci ildə bu vəziyyətin reallaşması Azərbaycanın ixracat layihələrindən asılıdır.

Asya 
Milli.Az