Bakıda həkim xəstənin yaxınları tərəfindən döyüldü

11 Dekabr 2024 14:20
Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb. Hadisə Suraxanı rayonunda axşam saatlarında baş verib.

Milli.Az xəbər verir ki, çağırışa gedən həkim Mətin Səmədovu döyüblər.

Kəllə-beyin travması alan həkim müxtəlif dərəcəli xəsarətlərlə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti stabildir.  Polis orqanları hadisənin baş vermə səbəblərini araşdırır. 

Milli.Az