Dişlərin tündləşməsi bir çox fərqli səbəbdən qaynaqlana bilər. Mütəxəssislərin dediklərinə əsasən, aşağıdakı amillər bu vəziyyətə səbəb ola bilər:
Qida və İçkilər
Çay, qəhvə, qırmızı şərab və qazlı içkilər kimi məhsullar dişlərin rəngini dəyişə bilər.
Bəzi boyayıcı təsirə malik meyvə və tərəvəzlər də dişlərin tündləşməsinə səbəb olur.
Siqaret və Tütün Məhsulları
Siqaret və tütün istifadəsi diş səthində ləkələrin əmələ gəlməsinə və dişlərin saralmasına səbəb ola bilər.
Gigiyena çatışmazlığı
Dişləri düzgün fırçalamamaq və ağız gigiyenasına diqqət etməmək diş minasının zəifləməsinə və rəng dəyişiminə yol açır.
Yaşlanma
Yaş artdıqca diş minası nazikləşir, daxildəki dentin qatı (sarımtıl rəngdədir) daha çox görünür.
Dərmanlar və Tibbi Müalicələr
Tetrasiklin kimi bəzi antibiotiklər uşaqlıq dövründə istifadə edildikdə dişlərin rənginin dəyişməsinə səbəb ola bilər.
Radioterapiya və kimyaterapiya da diş rəngində dəyişiklik yarada bilər.
Flüoroz
Uşaq yaşlarında həddindən artıq miqdarda flor qəbul edilməsi diş minasında ləkələr yarada bilər.
Travma
Dişə zərbə və ya travma qan dövranını təsir edə bilər və nəticədə dişlər qaralır.
Həkim Nə Məsləhət Görür?
Dişlərin tündləşməsinin qarşısını almaq üçün mütəmadi olaraq diş həkimi qəbuluna getmək və professional təmizləmə etdirmək vacibdir.
Hər gün iki dəfə dişləri düzgün texnika ilə fırçalamaq və ağız qarqaralarından istifadə etmək tövsiyə olunur.
Qidalanmaya diqqət etmək və siqaretdən uzaq durmaq da faydalıdır.
Hər hansı ciddi rəng dəyişikliyi üçün diş həkimi ilə məsləhətləşmək məsləhətdir, çünki bu, bəzən daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Fidan
Milli.Az