11 dəfə hamiləliyi pozuldu – 12-cidə ana oldu

11 Dekabr 2024 07:31

Almatılı qadın ana bətnində 11 uşağının ölümündən sonra ana olub.

Milli.Az xəbər verir ki, 44 yaşlı qadın 11 uğursuz hamiləlik yaşayıb. Belə ki, ana bətnində uşaqlar doğulmamış ölüblər.

Sonuncu dəfə hamilə qalan ana 15 həftəlik uşaq düşmə təhlükəsi ilə xəstəxanaya müraciət edib. Həkimlər ona antifosfolipid sindromu diaqnozu qoyublar.

Xoşbəxtlikdən həkimlərin nəzarəti altında o, uşağı dünyaya gətirə bilib. Hazırda körpə 34 həftəlikdir. Onun çəkisi  2700 qramdır. /konkret.az

Milli.Az