Azərbaycanda dosent vəfat etdi - FOTO

10 Dekabr 2024 14:45

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Milli.Az