Abdulla Abdullayev vəfat etdi - FOTO

10 Dekabr 2024 14:09

Yevlax rayonundan olan 103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, 1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdulla Hacı oğlu Abdullayev 1941-1945-ci illərdə sovet qoşunlarının tərkibində döyüşüb.

Müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayan Abdulla Abdullayev 103 yaşında vəfat edib./ "Unikal"

Milli.Az