Latakiya sakinləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi kəndirdən asıblar.
Milli.Az xəbər verir ki, bu barədə Telegram kanalında paylaşılıb.
Bildirilir ki, Latakiyanın mərkəzi meydanında toplaşan insanlar, Əsədin əmisi oğlunun ölüm fərmanını verib və onu krandan asıblar.
Qeyd edək ki, 2015-ci ildə Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd Suriyadakı rejimin təhlükəsizlik orqanı tərəfindən həbs edilmişdi.
Xatırladaq ki, Bəşər Əsədə müxalif olan "Heyət Təhrir əş-Şam" qruplaşması noyabrın 27-də ölkə ərazisində hücuma keçərək paytaxt Dəməşq də daxil olmaqla bir çox əraziləri ələ keçirib.
Nəticədə Bəşər Əsəd rejimi devrilib. O isə ailəsi ilə birgə Rusiyaya sığınıb.
Fidan
Milli.Az