Məşhur şadlıq sarayı bağlanmayıb: "Təmir olunur" - AÇIQLAMA - YENİLƏNİB

10 Dekabr 2024 15:38

Bakıda fəaliyyət göstərən İnci Şadlıq Sarayı təmirə bağlanıb.

Bu barədə Milli.Az-a şadlıq sarayından məlumat verilib.

Qeyd olunub ki, şadlıq sarayın aid olduğu MMC ilə bağlı müəyyən hüquqi prosedurlar icra olunub. Şadlıq sarayının bağlanmasından isə söhbət getmir.

"Şadlıq sarayında hazırda təmir işlər aparılır. Ən geci dekabrın 20-ə qədər təmir tam yekunlaşacaq, şadlıq sarayı daha gözəl görkəm alacaq. Təmirdən sonra restoran tam fəaliyyətə başlayacaq. Artıq Yeni İl proqaramı da hazırlanıb", - deyə məlumatda qeyd olunub.

XXX
11.56

Bakıda fəaliyyət göstərən İnci Şadlıq Sarayı bağlanır.

Milli.Az-ln əldə etdiyi məlumata görə,  2009-cu ildən fəaliyyət göstərən şadlıq sarayı elə həmin ildən dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şadlıq sarayının qanuni təmsilçisi Orucov Cavid Nizami oğludur.

İnqilab Məmmədov
Milli.Az