Bu ölkələr suriyalı qaçqınların qəbulunu dayandıracaq

10 Dekabr 2024 09:14

Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Danimarka Qaçqınlar Şurasının bildirdiyinə görə, onlar ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.

Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Milli.Az