İsrail Dəməşqi atəşə tutdu

10 Dekabr 2024 00:15

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərinə silsilə zərbələr endirib.

Milli.Az xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.

Məlumata görə, Radioelektron Mübarizə idarəsi və Suriya Silahlı Qüvvələrinin helikopterlərinin yerləşdiyi hərbi aerodrom atəşə tutulub.

Qeyd olunur ki, hər iki obyekt Dəməşqin cənub-şərqindəki Əqraba bölgəsində yerləşir.

Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.  /APA

Milli.Az