Bakıda zavodun anbarında yanğın oldu

9 Dekabr 2024 22:44

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

Milli.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb. /APA

Milli.Az