Ötən günlərdə Türkiyənin tanınmış simalarından biri, fanat kütləsini sürətlə artıran Mert Demir Bakıda konsert verib.
Milli.Az xəbər verir ki, sözügedən gecəyə Bakı İdman Sarayı ev sahibliyi edib. Sənətçi sevilən mahnılarını fanatları ilə birlikdə oxuyub.
Həmçinin o, sürprizlər etməyi də unutmayıb. Belə ki, Demirin yeni duet ortağı da onunla birlikdə səhnə alıb. Biletləri sürətlə tükənən konsertdə 2000 - dən çox insan iştirak edib.
Qeyd edək ki, konsert "Scoorpi Event" və "EventOffice" nin birgə təşkilatçılığı ilə baş tutub.
Milli.Az