Dünyaca məşhur jurnal Makronu xoruza bənzətdi - FOTO

9 Dekabr 2024 20:16

Dünyanın məşhur jurnalı Fransa prezidenti Makronu xoruza bənzədib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın nüfuzlu "The Economist" jurnalında Fransadakı siyasi böhranla bağlı məqalə dərc olunub

Məqalənin əsas fotosunda isə gözü bağlı xoruzun uçuruma doğru getdiyi görünür.

Məqalədə Makronun il ərzində 3 baş nazir itirdiyi bildirilir. Jurnal Baş nazirin istefasını Makronun məğlubiyyəti kimi qiymətləndirir.

Qeyd edək ki, xoruz Fransanın əsas simvollarından biridir. 

Nərmin
Milli.Az