Küçələri su basdı: Sakinlər təxliyə edilir

9 Dekabr 2024 11:18

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Milli.Az