ABŞ-də 6.3 ballıq zəlzələ oldu

9 Dekabr 2024 06:52

ABŞ-də 6,3 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 4,4 minə yaxın insanın yaşadığı Unalaska şəhərindən 789 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az