Suriya müxalifəti dekabrın 8-ni milli bayram elan edib

9 Dekabr 2024 00:35

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.

Milli.Az xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.

"Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir.", - deyə koalisiyanın bəyanatında deyilir. /APA.

Milli.Az