İsrail Dəməşqdəki tədqiqat mərkəzini vurdu

8 Dekabr 2024 21:07

İsrail qüvvələri bazar günü Suriyanın Dəməşq şəhərində yerləşən elmi-tədqiqat mərkəzini hədəfə alıb. Bu barədə İsrailin İctimai Yayım Korporasiyası məlumat yayıb.

Milli.Az xəbər verir ki, bu obyekt Suriyanın kimyəvi silah və ballistik raket proqramlarını idarə etmək baxımından əsas rol oynayır.

Lalə Qüdrətova
Milli.Az