Əsədin qaçmasına Rusiyadan reaksiya

8 Dekabr 2024 17:22

Prezident Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib", - XİN məlumatda bəyan edib.

Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.

Bəşər Əsədin harada olduğu isə bilinmir. Onu Suriyadan aparan Rusiya İl-76 təyyarəsinin qəzaya uğradığı və Əsədin öldüyü xəbərləri də yayılıb.

Milli.Az