Suriyanın dövlət bayrağı dəyişdirildi - FOTO

8 Dekabr 2024 15:09

Silahlı müxalifətin Suriyada 61 illik "Bəəs" rejimini 12 gündə devirməsindən sonra ölkədəki dəyişiklik dalğası dövlət bayrağından da yan keçməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.

Məlumata görə, Suriya bayrağı Dəməşqdəki bayraq dirəyindən çıxarılıb və onun yerinə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.

Mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.

Milli.Az