Səmada naməlum obyekt sakinləri qorxuya saldı - VİDEO

8 Dekabr 2024 15:13

Bu gün səmada işıq saçan obyekt Tehran sakinlərini qorxudub.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, sakinlər gördükləri barədə sosial şəbəkələrdə paylaşımlar ediblər.

Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları bildiriblər ki, işıqlı obyekt SEPAH-ın çöl sınaqları ilə əlaqəli olub.

Qeyd olunub ki, işıq saçan obyekt Kərəc səmasında da görünüb.

Milli.Az