Dəməşqi tutan müxaliflərin atdığı ilk addım

8 Dekabr 2024 13:39

Suriya silahlıları Dəməşqin şimalında yerləşən Seydnaya həbsxanasını ələ keçirib və oradakı bütün məhbusları azad ediblər.

Milli.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Xatırladaq ki, Suriya hökumətinin idarə etdiyi Seydnaya Hərbi Həbsxanası həm mülki fəallar, həm də silahlı müxalifət nümayəndələri olan minlərlə məhbusun saxlanması üçün istifadə edilib. /Globalinfo.az 

Milli.Az