Abdullah Öcalanın yetişdirdiyi Gülsever öldürüldü

8 Dekabr 2024 13:17

Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

Milli.Az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "qadın qolu" sayılan PAJK-də "rəhbər" vəzifə tutan Mürvet Gülsever öldürülüb.

"Jiyan Herdem" kod adlı terrorçunun 1992-ci ildən təşkilatla əməkdaşlıq etdiyi bildirilir.

Məlumata görə, o, PKK lideri Abdullah Öcalandan silahla davranma və ideoloji təlimlər alıb. /baku.ws

Milli.Az