Nazirliyin "Ən yaxşı dram əsərləri" müsabiqəsinin qalibləri açıqlandı
27 May 2010 21:31
Mədəniyyət və Turizm Nazirliyinin ədəbi yaradıcılıqla məşğul olan müəlliflərin yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik dram əsərlərini dəyərləndirmək, istedadlı dramaturqların daha səmərəli axtarışlarına zəmin yaratmaq və ən yaxşı əsərləri müvafiq teatrların repertuarına daxil etmək məqsədi ilə ötən ilin oktyabrında elan olunan "Ən yaxşı dram əsərləri" müsabiqəsi başa çatıb.
Müsabiqəyə 34 əsər təqdim olunub, münsiflər heyətinin qərarı ilə Ağalar İdrisoğlunun "Şah İsmayıl" tarixi faciəsi ikinci, Şirməmməd Nəzərlinin "Qəmli Yusif" pyesi üçüncü yerə layiq görülüb.
Təqdim olunan əsərlər arasında birinci yerə layiq pyes olmayıb.
Məlumat üçün bildirək ki, "Ən yaxşı dram əsərləri" müsabiqəsinin qaydalarına əsasən, qalib gələn əsərlər müvafiq teatrlarda səhnəyə qoyulacaq.
/AzərTAc/