Milli.Az bildirir ki, Sumqayıtdakı partlayışda vəfat edən ata və oğlunun fotosu yayılıb.
-----------------
2024.12.07
Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb
APA xəbər verir ki, Sumqayıt şəhər 13-cü mikrorayon bina 19-da baş verən partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb.
Məlumat üçün bildirək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər.
Onun oğlu 2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
------------
21:30
"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir".
Milli.Az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.
"Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.
Qeyd edək ki, bina 6 girişdən ibarətdir. Üç girişdə sakinlərin məskunlaşması artıq təmin olunub".
Xatırladaq ki, dekabrın 3-də Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
Milli.Az