Tbilisidə etirazçılar yenidən meydanda

7 Dekabr 2024 19:40

19:40

Hökumət əleyhinə aksiyanın iştirakçıları parlament binası yaxınlığında yerləşən Rustaveli prospektində hərəkəti dayandırıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parlament binası qarşısında aksiya bir neçə saatdır davam edir.

Hazırda vəziyyət sakitdir, Azadlıq meydanında və parlament binası ətrafında xüsusi təyinatlı qüvvələr müşahidə olunmur.

--------
18:55

Müxalifət nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusundan bir neçə kilometr aralıda yerləşən Rustaveli prospektindəki parlament binasına qədər yürüş təşkil ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yürüş iştirakçılarının bir tələbi var - ötən günlərdə keçirilən mitinqlərdə iğtişaşlara görə saxlanılan 28 nəfərin, eləcə də inzibati qaydada həbs edilən digər şəxslərin azadlığa buraxılması.

Onlar artıq qanunverici orqandan kənarda keçirilən əsas etiraza qoşulmağı planlaşdırırlar.

Milli.Az