FHN Tovuzdakı partlayışla bağlı məlumat yayıb

7 Dekabr 2024 17:36

Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.

Bu barədə Milli.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Milli.Az