26 yaşlı qız dəm qazından boğularaq öldü

7 Dekabr 2024 16:16

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az