İsmayıllıda yanğın

7 Dekabr 2024 13:12

İsmayıllıda yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 135 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində yığılan 20 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az