"Beşiktaş" və "Fənərbağça" qarşı-qarşıya - Superliqanın ən həyəcanlı oyunu

7 Dekabr 2024 13:44

Türkiyə Superliqasının ən həyəcanlı oyunu olan "Beşiktaş" - "Fənərbağça" derbisi bu gün oynanılacaq.

Milli.Az xəbər verir ki, "Beşiktaş" və "Fənərbağça" Superliqada 137-ci dəfə qarşı-qarşıya gələcək. Bu günə qədər oynanılan 136 oyunda "Fənərbağça" 49, "Beşiktaş" isə 42 qələbə qazanıb. 45 qarşılaşma isə heç-heçə başa çatıb. 

Fənərbağçanı qəbul edəcək "Beşiktaş" 5 oyunluq qələbəsizlik seriyasını qırmağa, sarı-göylülər isə zirvədə qalmağa çalışacaq. Bu gün "Beşiktaş"la "Fənərbağça" arasında keçiriləcək derbi həm də liqadakı sıralamalarda önəmli faktor olacaq.

Liqada oynadığı 13 matçda 10 qalibiyyət, 2 heç-heçə və 1 məğlubiyyəti olan Fənərbağça, 3 xal geridə olan rəqibi ilə fərqi heç olmasa qoruyub saxlamaq üçün stadiondan qələbə ilə ayrılmağı hədəfləyir.

"Beşiktaş" - "Fənərbağça" derbisi Türkiyə vaxtı ilə 19:00-da (Bakı vaxtı ilə 20:00) "Tüpraş" stadionunda (Dolmabahçe) keçiriləcək. Oyun "beIN SPORTS 1 HD"də yayımlanacaq.

Fidan
Milli.Az