Naxçıvanda ağır qəza - Ölən var - FOTOlar

7 Dekabr 2024 12:41

Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report

Milli.Az