İstanbulun Beylikdüzündə 14 mərtəbəli binanın birinci mərtəbəsində partlayış baş verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra eyni ailədən 6 nəfərin yaralandığı, dağılmış mənzildə 1 nəfərin itkin düşdüyü, 1 nəfərin isə öldüyü bildirilib.
Hadisədən sonra binanın yerləşdiyi küçə nəqliyyata bağlanıb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və tibbi qruplar göndərilib.
İstanbul Xilasetmə İdarəsi partlayışın səbəbinin təbii qaz olduğunu bildirib.
Fidan
Milli.Az