Rusiya Zaporojye vurdu - ölən və yaralananlar var - Yenilənib

7 Dekabr 2024 00:23

00:23

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb.

"Report" xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.

"Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 - red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və doqquz nəfər ölüb", - məlumatda qeyd olunub.

Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.

Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib - biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.

----------
21:19


Bu gün axşam saatlarında Rusiya ordusu Zaporojye şəhərinə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu haqda "RBC-Ukrayna" Zaporojye Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.

Fyodorovun sözlərinə görə, Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Yaralılardan ikisinin uşaq olduğu bildirilir.

Milli.Az