Samuxda 18 yaşlı qız faciəvi şəkildə öldü

6 Dekabr 2024 21:02

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Milli.Az