Rumıniyada prezident seçkisinin nəticəsi ləğv olundu

6 Dekabr 2024 20:22

Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticəsini ləğv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rumıniyanın "Digi24" telekanalı məlumatı rəsmi mənbələrə istinadən yayıb.

Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.

Milli.Az