Renat Dadaşovdan xoş xəbər

6 Dekabr 2024 19:05

"Ankaragücü"də çıxış edən millimizin üzvü zədəsini sağaldıb.

Milli.Az xəbər verir ki, bir müddət öncə əməliyyat olunan millimizin üzvü bərpa prosesini başa vurub.

25 yaşlı Renat Dadaşov 2 gündür məşqlərə başlayıb. Renat kollektivlə birlikdə növbəti oyunun hazırlıqlarına başlayıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlindən "Ankaragücü"də çıxış edir. Azərbaycanlı hücumçu I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə  edib. /News24.az 

Milli.Az