"Hər kəs mənə yekəxana, özündən razı deyir" - VİDEO

6 Dekabr 2024 19:57

Əməkdar artist Nigar Şabanova "İnstagram" hesabında video yayımlayaraq izləyicilərinə sual ünvanlayıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə aktiv olmadığı deyilən sənətçi  onu izləyənlərdən fikir alıb:

"Günlərdir ki, yaxınlarım məni çox möhkəm danlayırlar. Deyirlər ki, "İnstagram"da aktiv deyilsən. Bunun üçün sizcə haradayam, nə etdim? Hamısını çəkib paylaşmaq nə dərəcədə düzgündür?
Bunları etməmişəm deyə, hər kəs mənə yekəxana, özündən razı deyir. Ancaq elə deyiləm, elə paylaşımlar etməyə utanıram. Hər gün sizinlə nələri bölüşməmi istərdiniz? Fikirləriniz mənim üçün çox maraqlıdır".

Hüseyn 
Milli.Az