Ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanılan Ramin Dekonun (Cəbrayılzadə) üzərində külli miqdarda avro olub.
Milli.Az lent.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, onun üzərindən 38 000 avro aşkarlanıb.
Hazırda onunla bağlı araşdırma aparılması təsdiqlənsə də xarici valyuta ilə bağlı hissəsinə rəsmi münasibət bildirilməyib.
Yayılan məlumatlara görə saxlanılanlar arasında Meydan Tv ilə əməkdaşlıq edən digər şəxslər də var.
--------------
19:12
Jurnalist Ramin Deko saxlanılıb.
Milli.Az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirib.
Qeyd olunub ki, vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Ramin Deko ilə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.
Milli.Az