Kimyəvi reaksiya düz getmədi - Müəllim və 4 şagird yaralandı

6 Dekabr 2024 17:08

Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.

Milli.Az xəbər verir ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. 

Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.  

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Milli.Az